“Ukrayna bu halda nüvə silahından istifadə edə bilər” - AÇIQLAMA

“Ukrayna bu halda nüvə silahından istifadə edə bilər” - AÇIQLAMA

"Ukraynanın əlində taktiki nüvə silahının olduğu qeyd edilir. Prinsipcə, bu, mümkündür. Qərbin xüsusilə ABŞ-nin Ukraynaya belə bir silah verməsi mümkündür. Ukrayna döyüş meydanında məğlub durumu fonunda taktiki nüvə silahını tətbiq edə bilər".


Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.


“Rusiya tərəfi dəfələrlə taktiki nüvə silahından istifadənin mümkünlüyünü vurğulayıb. Əgər, Rusiya taktiki nüvə silahını Ukraynada tətbiq edərsə, Qərb birbaşa Rusiyaya cavab verə bilməzdi. Ona görə də taktiki nüvə silahını məhz Ukraynaya verib. 


Təbii ki, burada ikinci fakt danışıqlarda Ukraynanın mövqeyini gücləndirməkdən ibarətdir. Demək olar ki, Ukraynanın əlində F16 təyyarələri və taktiki nüvə silahı var. Artıq döyüşlər Rusiya ərazisinə keçib. Ukrayna Rusiyanın Kursk vilayətinidə bir neçə kəndi işğal edib”. 


Məhəmməd Əsədullazdə qeyd edib ki, Rusiya danışıqlar üçün ABŞ ilə təmasdadır:


“Amma şərtləri danışıqları mümkünsüz edir. Ukrayna Prezidenti V. Zelenski V. Putinlə birbaşa danışıqları ləğv edən sərəncama baxmayaraq, danışıqları mümkün hesab edib. Payız aylarında danışıqların Türkiyənin vasitəçiliyi ilə keçirilməsi mümkündür".


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...