Hadisə "İnstagram"a qoyulan qadağaya ETİRAZ ETDİ: "Azadlığa ziyan..."
Maqazin
17:26 / 07.08.2024
5758
Türkiyənin məşhur müğənnisi Hadisə ölkədə "İnstagram"a girişin qadağan olunmasından yazıb.
Sfera.az xəbər verir ki, ifaçı bu barədə sosial mediada paylaşım edib.
"Hər zaman qadağalara, məhdudiyyətlərə və azadlıqların qarşısının alınmasına qarşı olmuşam. Bu cür əməllər azadlığa ziyan vurur. Buna görə bu qadağa tezliklə aradan qalxmalıdır”.
Qeyd edək ki, Türkiyədə avqustun 2-də “İnstagram” sosial şəbəkəsinə giriş qadağan olunub. Qərar ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilib. Bloklamanın səbəbləri və müddəti göstərilmir.
Ülkər Abdurahmanlı