Qarpız yeməyin! - Bu şəxslərə XƏBƏRDARLIQ
Yay aylarının ən çox sevilən və təravətləndirici bitkisi qarpız hesab olunur. Qarpızın kalori və qida dəyəri çox zəngindir.
Sfera.az xəbər verir ki, qarpız A, C, B6 vitamini, kalium, likopen və beta-karoten kimi antioksidantlarla zəngin olduğu üçün olduqca faydalıdır.
Qarpız məşqdən sonra əzələ ağrısını aradan qaldırmağa kömək edir.
Lakin qarpızı artıq miqdarda istehlak etdikdə zərərli təsirləri ortaya çıxa bilər. Diabet xəstələri bu meyvənin qəbulunu məhdudlaşdırmalıdırlar. Çünki həddindən artıq istehlak qan şəkərinin artmasına və ağırlaşmalara səbəb ola bilər.
Bu meyvənin tərkibində kalori 45.6, yağ 0,2 q, natrium 1,52 mq, karbohidratlar 11,5 q, lif 0,6 q, vitamin C 12,3 mq, kalium 170 mq, kalsium 10 mq-dır.
Qarpızın tərkibindəki likopen günəşin ultrabənövşəyi şüalarının zərərli təsirlərindən də qoruyur.
Ülkər Abdurahmanlı