Ekspert bu bölgədəki turizm obyektlərindən ŞİKAYƏTLƏNDİ: "Əlində kirli, yağa batmış dəsmal olan qadınlar ..."

Ekspert bu bölgədəki turizm obyektlərindən ŞİKAYƏTLƏNDİ: "Əlində kirli, yağa batmış dəsmal olan qadınlar ..."

Xüsusilə yay aylarında istirahətə gedən vətəndaşlar arasında müəyyən narazılıqlar müşahidə olunur. Kimisi bölgələrdəki yüksək qiymətlərdən, kimisi xidmət səviyyəsindən şikayətlənir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hər il müxtəlif ölkələrlə yanaşı, eləcə də Azərbaycanın regionlarını gəzdiyini, turizm obyektlərinə diqqət yetirdiyini vuğulayıb. O, öz müşahidələrini də bölüşüb:

 

“Ötən ilki baxışlarım göstərdi ki, şimal zonasında tələb təklifi çox üstələyir və orada heç bir istehlakçı hüququndan danışmaq mümkün deyil. Məsələn, Qusar rayonunun Qayi kənd ərazisində bir neçə turizm obyekti var, bunların əksəriyyətində növbə kifayət qədərdir və onlara necə deyərlər, it əti versələr də, yemək məcburiyyətindədirlər. Qiymətlər yüksək, izdiham çoxdur. O zonada olan Şahdağ kompleksində bir gün gecələmək üçün 270 manat ödəmək lazımdır , bu, hələ ötən ilki qiymətlərdir. Burada heç yer də yoxdur. Qusarda vəziyyət, ümumiyyətlə, katastrofik dərəcədə ağırdır. Qərb zonası - Gəncə, Göygöl istiqamətində çoxlu sayda restoranlar, yerlər var ki, (adətən məkanın mətbəxinə, qab yuyulan yerlərə baxıram) demək olar,  onların əksəriyyətində əlində kirli, yağa batmış dəsmal olan qadın görmək mümkündür. Sanitar şərait olduqca acınacaqlıdır. Cənub zonasında vəziyyət nisbətən yaxşıdır, seyrəklikdir. Quba zonasında Xınalığa qədər yaxşı turizm obyektləri mövcuddur. Hətta onların arasında tərifəlayiq olanlar da kifayət qədərdir. Nə qədər sıxlıq olsa da, qonaqları normal qarşılayan yerlər mövcuddur. Gədəbəy zonasında isə xidmətin səviyyəsi çox aşağıdır. Şamaxı zonasında qiymətlər baha olsa da, digərləri ilə müqayisədə həmin bölgəni normal hesab etmək olar”.

 

Sədr bildirib ki, ölkə turizmində yüksək qiymətlər, xidmət səviyyəsinin aşağı olması, personalın qeyri-peşəkarlığı və.s müşahidə edilir:

 

“Qonşu ölkə olan Türkiyədə də turizm sahəsi çox sürətlə çökür. Qiymətlər təxminən ötən illə müqayisədə iki dəfə bahalaşıb, insanların sayı azdır. İnfliyasiya qiymətlərə təsir edib. Belə bir vəziyyətdə Azərbaycana turist axını artıb. Lakin təəssüflər olsun ki, regionlarımız turistləri öz reklam səhifələrində göstərilən səviyyədə qarşılamağa hazır deyillər. Məsələn, Qəbələ zonasından daim bizə şikayətlər daxil olur – qiymətin yüksək, xidmətin aşağı olması barədə...Düşünürəm ki, bu sahədə ciddi işlər görülməlidir. Azərbaycana turist axını çoxalsa da, onları qarşılamaq, istəklərini yerinə yetirmək səviyyəsi heç də qənaətbəxş deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...