Moda əməkdaşlıqları nəticəsində yaranan brendlər – 100 dollardan...
Moda dünyasında bu il edilən əməkdaşlıqlar nəticəsində yaradılan bir sıra məhsullar insanlar arasında populyarlıq qazanıb.
Sfera.az həmin brendləri təqdim edir:
Bode x Nike
Amerikalı modelyer Emili Adams Bode Aujla və Nike arasında baş tutan son əməkdaşlıq idman geyimi ilə dəbdəbəli dərziliyi özündə birləşdirib. Birgə işin nəticəsində klassik Nike dizaynı və Bode-nin zərif toxunuşları unikal məhsulun yaranması ilə nəticələnib. Bu kolleksiya 1971-ci ildə istehsal olunan “Astro Grabber” ayaqqabı modeli əsasında yaradılıb.
Havaianas x Dolce x Gabbana
Havaianas x Dolce x Gabbana italiyan dəbdəbəsini Braziliya çimərlik tərzi ilə birləşdirərək xüsusi model hazırlayıblar. Kolleksiya bəbir və zebra naxışlı dizaynlar da daxil olmaqla ümumilikdə 4 cür modeldən ibarətdir.
Miu Miu x New Balance
Bu ilin əvvəlində 530 model idman ayaqqabısının tərlik versiyasını istehsal ediblər. Gələn il satışa çıxarılacağı gözlənilən başmaqların 100 dollardan yuxarı qiymətə satılacağı bildirilir.
Ülkər Abdurahmanlı