Səhiyyə Nazirliyindən bu şəxslərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən bu şəxslərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində qanunsuz yoxlama və dezinfeksiya işləri aparan şəxslərə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) məlumat yayıb.

 

Bildirilib ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri nazirliyin GEM, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir:

 

"Lakin son zamanlar Bakı şəhərinin bir sıra rayonlarında özlərini Nazirliyin “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi”nin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” adlı qurum mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edilir".

 

Məlumatda vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununla tənzimlənir:

 

"Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər. Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir", - deyə məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan vətəndaşlara müjdə:hər uşağa görə aylıq...

Türkiyədə yeni doğulan uşaqlar üçün yardımın məbləği artırılır.   Sfera.az xəbər verir ki,bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. ...

Tanınmış dövlət xadimi vəfat etdi

Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib. Bu barədə mərhumun yaxınlar...

Məşhur iş adamının şirkəti məhkəməyə verildi

"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.   Sfera.az xəbər ver...

Cavidan Novruz Ənvərdən ÜZR İSTƏDİ: "Azər Baxşəliyevin vəfatından sonra anladım ki... "

Aktyor Cavidan Novruz ayrıldığı "Komedixana"nın layihə rəhbəri Ənvər Abbasovdan üzr istəyib.   Sfera.az bildirir ki, aktyor bu barədə "...

Mirzoyan ABŞ-ə səfər edəcək, Blinkenlə görüşəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ə səfər edəcək.   Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yanvarın 14-15-ə p...

Qar uçqunu üç xizəkçinin həyatına son qoydu: 2743 m hündürlükdəm bir neçə metr aşağı sürükləndilər

İtaliyada 2743 metrlik dağda uçqun uçması nəticəsində üç xizəkçi həlak olub. Xilasedicilərin sözlərinə görə, nəhəng qar kütləsi qurbanları bir neçə yüz metr yam...