Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti UZADILDI
Dünya
14:26 / 07.08.2024
4363
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən qanunlar avqustun 12-dən etibarən, azı daha 90 gün, başqa sözlə, noyabrın 9-dək qüvvədə olacaq.
Qeyd edək ki, Ukraynada bu hüquqi rejim Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri artıq 12 dəfə uzadılıb.