Azərbaycanda Məhkəmə Ekspertizası Şurası YARADILDI

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası YARADILDI

Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, Sərəncamla məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra – Şura) yaradılır:

 

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

 

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

 

Şura aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;

- müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;

- normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini;

 

Şura fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etməli, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etməlidir.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...