Yaşa görə pensiya alanların sayı artır - RƏSMİ

Azərbaycanda yaşa görə pensiya alanların sayında artım davam edir.
Sfera.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, 2024-cü ilin iyulunda yaşa görə pensiya alanların sayı 709 800 nəfərdən çox olub.
2024-cü ilin nəticələrini də nəzərə alsaq, artıq ikinci ildir ki, ölkəmizdə yaşa görə pensiya alanların sayı artır. 2022-ci ilin sonunda yaşa görə pensiya alanların sayı bir qədər də azalaraq 696 266 nəfərə düşmüşdü. Həmin ildə 2009-cu ildə qeydə alınan ən yüksək göstərici (858 659 nəfər) ilə müqayisədə pensiyaçıların sayında 162 min nəfərdən çox azalma baş vermişdi.
2023-cü ildən yaşa görə pensiya alanların sayı yenidən artır. Yaşa görə pensiya alanların sayı 2023-cü ilin dekabrında 705 min nəfəri ötüb, bu ilin iyulunda isə 710 min nəfərə çatıb. Müqayisə göstərir ki, son ilyarımda yaşa görə pensiya alanların sayı 13,6 min nəfərdən çox artıb.
Vasif