Qırğızıstan və Azərbaycan Çin yüklərinin daşınmasını MÜZAKİRƏ ETDİLƏR

Qırğızıstan və Azərbaycan Çin yüklərinin daşınmasını MÜZAKİRƏ ETDİLƏR

Azərbaycandan Qırğızıstana neft tədarükü və Qırğızıstanda istehsal olunan quzu əti və lobya daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ixracı perspektivləri müzakirə edilib.

 

Bu barədə Sfera.az Qırğızıstanın Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir. Müzakirələr Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə keçirdiyi görüşdə aparılıb.

 

Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub. Tərəflər bu istiqamətdə birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.

 

Görüşdə həmçinin ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Qırğızıstan Prezidenti Sadır Japarovun bu ilin aprelində Azərbaycana dövlət səfəri zamanı nizamnamə kapitalı 100 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...