Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa TƏYİNAT ALDI

Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa TƏYİNAT ALDI

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinatını alıb.

 

Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif" və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

 

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.

 

Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.


OXŞAR XƏBƏRLƏR