Kurskun atəşə tutulması nəticəsində 5 nəfər ÖLDÜ
Gecə ərzində Ukrayna ordusunun Rusiyanın Kurs vilayətini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb.
Sfera.az-ın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılar arasında 6 uşağın da olduğu açıqlanıb.
Vilayətin qubernatoru Aleksey Smirnov faktı təsdiqləyib. O deyib ki, yaralılar zəruri tibbi yardımla təmin olunub. Bu arada, regionda yenidən raket təhlükəsi elan edilib. Vətəndaşlara olduqları ərazini tərk etməmək tapşırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənləri dinc əhaliyə qarşı yönələn terror aktı adlandırıb.
“Sputnik” radiostansiyasının efirində qonaq olan nazirlik rəsmisi deyib ki, istintaq orqanlarına baş verənlərin ətraflı şəkildə araşdırılması ilə bağlı qəti göstəriş verilib.