Tramp Harrisə məğlub olur - Sorğu NƏTİCƏLƏRİ

Tramp Harrisə məğlub olur - Sorğu NƏTİCƏLƏRİ

ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca keçirilən sorğuların nəticələri daha maraqla izlənilir. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, keçirilən son sorğuların əksəriyyətində Harrisin irəlidə olduğu görünür.

 

"NPR/PBS News/Marist" sorğusuna əsasən, respublikaçı namizəd, keçmiş prezident Donald Trampa dəstək 48 faiz olduğu halda, Harrisə dəstək 51 faizə yüksəlib.Ekspertlər təşviqat kampaniyası dövründə sorğuların nəticələrinin dəyişə biləcəyini istisna etmir. Siyasi analitiklər Harrisin daha böyük dəstək qazanmasını mümkün hesab edirlər. Dünən Kamala Harris vitse-prezidentliyə namizədini seçib və seçkinin taleyini müəyyən edəcək ştatlarda kampaniyaya başlayıb. Filadelfiyada keçirilən mitinqdə vitse-prezidentliyə namizəd, Minnesota qubernatoru Tim Valz ilə seçicilər qarşısına çıxan Harris təqviminə Viskonsin, Miçiqan, Arizona və Nevada kimi kritik ştatlarda keçiriləcək mitinqlərlə davam edəcək. Bu mitinqlərlə Harris, Demokratlar daxilində mütərəqqi qanad tərəfindən sevilən, lakin ölkə daxilində ictimaiyyət tərəfindən “qapalı qutu” kimi görünən Valzı tanıtmağı hədəfləyir.


Vasif


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...