Kənd yerlərində yaşayan gənc ailələrə ŞAD XƏBƏR

Kənd yerlərində yaşayan gənc ailələrə ŞAD XƏBƏR

2020-ci ilədək Azərbaycanın kənd yerlərində yeni ailə qurmuş gənclərin mənzillə təminatı yaxşılaşdırılacaq.

Sfera.az Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılması, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılması üçün tədbirlər həyata keçiriləcək.

Yol xəritəsində bildirilir ki, dövlətin sosial ipoteka siyasətindən kənd yerlərində yaşayan gənc ailələrin daha çox faydalanması üçün tədbirlər görüləcək. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan gənc ailələrin mənzil probleminin həllinə xüsusi yanaşma tətbiq olunacaq.


OXŞAR XƏBƏRLƏR

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...