Yarım milyon manat mənimsəyən vəzifəli şəxs barədə QƏRAR VERİLDİ

Yarım milyon manat mənimsəyən vəzifəli şəxs barədə QƏRAR VERİLDİ

Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan, ləğv edilmiş "Yunayted Kredit Bank" ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib.

Sfera.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.
 

Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.
 

Qeyd edək ki, Vahid Əliyev 2017-ci ildə həbs olunub. O, banka pul qoyan 15 müştərinin 500 000 manata yaxın pulunu mənimsəməkdə ittiham edilib.


Xatırladaq ki, 2016-cı ildə "Yunayted Kredit Bank" ASC-nin lisenziyası ləğv olunub. (Report)


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...