Meqan Marklın bacısı ona qarşı yeni müharibəyə başlayır - FOTO


Meqan Marklın bacısı ona qarşı yeni müharibəyə başlayır - FOTO

Susseks hersoginyasının ögey bacısı 59 yaşlı Samanta Markl böhtanda ittiham etdiyi Meqan Markla qarşı mübarizəni davam etdirmək və yenidən məhkəməyə müraciət etmək niyyətindədir. Onun sözlərinə görə, Şahzadə Harrinin həyat yoldaşı 2021-ci ildə qalmaqallı müsahibə zamanı və 2022-ci ilin dekabrında "Harri və Meqan" televiziya serialında onu prinsipsiz bir insan kimi təsvir edib.
 

Sfera.az bildirir ki, Meqan Marklın bacısı onun imicini ictimai və qlobal ləkələmək (şərəf və ləyaqətini alçaltmaq) və yalançı, irqçi, şöhrətpərəst kimi göstərmək iddiasını rədd edən məhkəmə qərarından kassasiya şikayəti verib. Samantanın iddiasına görə, bu kimi sözlər onun hələ də mühakimə olunmadan işləyə bilməməsi və ya hətta adi ərzaq mağazasına getməyinə belə mənfi təsir göstərib.


Mart ayında hakim xanım Marklın böhtan iddiasını dəstəkləyəcək heç bir ifadəni müəyyən edə bilməyib. İddia qərəzlə rədd edilib. Bununla belə, Samantanın hüquqşünaslar qrupu bu qərardan yan keçməməkdə qərarlıdır. Onun vəkilləri iddia edirlər ki, hakim faktları buraxmaqla yaranmış zərrə qədər böhtanı nəzərə almayıb.
 

Məhkəmənin mart ayında verdiyi qərar Meqanı noyabr ayında Tampa məhkəməsində keçirilməsi planlaşdırılan məhkəmədən xilas etdi.

Qeyd edək ki, Meqan keçmiş aktrisa Opraya müsahibəsində tək uşaq kimi böyüdüyünü deyib. Meqan, Samantanın yalnız Harri ilə görüşməyə başladıqdan sonra soyadını Markl olaraq dəyişdirdiyini bildirib.

 

Samanta, bacısının “Netflix” serialında oxşar iddialar irəli sürdüyünü və ittihamların onu qlobal miqyasda alçaltma, utanc və nifrətə məruz qoyduğunu iddia edib.
 

Hakim isə 58 səhifəlik qərarında Meqanın ifadələrinin böhtan xarakterli olmadığını bildirib. O, məhkəmə zamanı görülən dəlillərə əsaslanaraq deyilənlərin əhəmiyyətli dərəcədə doğru olduğunu və ya böhtan sayılmadığını qərara alıb.


Hakim belə nəticəyə gəlib ki, Meqanın uşaqlığı ilə bağlı söylədiyi fikirlər onun Samanta ilə yaxın münasibəti olmadığına dair sadəcə bir fikridir. Samantanın Meqanın yalançı və şöhrət axtaran biri olduğuna eyham vurmasını iddia etməsi isə onun dediklərinin təhrif olunmasıdır.
 

Samantanın soyadını Rasmussendən (evlilik soyadı) yenidən Markl olaraq dəyişməsi Meqanın Harri ilə görüşməyə başlamasından sonraya təsadüf edir. Bu da Meqana belə deməyə əsas verir.
 

"İddiaçının bir soyaddan istifadə etməsi, cavabdehin Şahzadə Harri ilə əlaqəsi haqqında məlumat dərc edildikdən qısa müddət sonra Markl soyadını dəyişdirməsi, məhkəmənin mühakimə zamanı nəzərə aldığı qeydlərdəki sübutlara əsaslanaraq, tamamilə doğrudur"- qətnamədə qeyd olunur.


Samanta həmçinin xərçəng olduğu açıqlanmadan əvvəl Keyt Middltonun da məhkəmədə ifadə verməsini istəməyi planlaşdırıb. Samantanın vəkili Piter Tiktin şahzadənin məhkəmədə faydalı ifadə verə biləcəyinə əmin olduğunu bildirib.


Gələcək kraliçanın diaqnozunu öyrənən zaman isə Samanta Keytin xərçəngdən sağalmasının prioritet olduğunu vurğulayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...

İqlesiasın konsert biletləri təəccübləndirdi - 5170 manatdan başlayır

Tanınmış ispan müğənnisi Enrike İqlesias Misirdə "Rixos" otelinin açılışı münasibətilə konsert proqrammı ilə çıxış edəcək. Sfera.az xəbər verir k...