Azərbaycanda aqrar sığorta fondu yaradılacaq

Azərbaycanda aqrar sığorta fondu yaradılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin də iştirakı ilə, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə sığorta fondunun yaradılması imkanlarını araşdıracaq. Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.

Sənəddə deyilir ki, bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və fondun istehsalçıların sığortalanmasına və ümumilikdə aqrar sahənin inkişafına potensial təsirləri təhlil edilməklə hesabatlar hazırlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə, ölkədə kənd təsərrüfatı sahəsi üzrə sığorta risklərinin effektiv şəkildə qiymətləndirilməsi üçün iqlim məlumatları və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri, habelə məhsuldarlıq göstəriciləri üzrə uzunmüddətli dövr üçün informasiya bazası yaradacaq.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlarla birlikdə, aqrar sahədə sığorta sistemi ilə bağlı beynəlxalq təcrübəyə əsasən mövcud qanunvericilikdə təkmilləşdirmələrin aparılması üzrə təkliflər hazırlanacaq. Belə təkliflərə aqrar sahədə diferensial yanaşmalı sığorta sisteminin tətbiqi (regionlar və məhsullar üzrə), icbari sığortanın tətbiqi (bəzi məhsullar üzrə) və s. aid edilə bilər.

Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə, bitkiçilikdə karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, oxşar olaraq heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi ilə bağlı icra mexanizmi hazırlayacaq.


OXŞAR XƏBƏRLƏR

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...