Azərbaycanın neft və qaz gəlirləri AZALDI - STATİSTİKA

Azərbaycanın neft və qaz gəlirləri AZALDI - STATİSTİKA

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirində azalma qeydə alınıb.

 

Sfera.az ARDNF-in açıqladığı məlumata istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Fondun AÇG üzrə gəliri 3,608 milyard dollar, “Şahdəniz” üzrə gəliri 364,5 milyon dollar olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədən görünür ki, bu il neft və qaz yatağı üzrə gəlirlərdə azalma var.

 

Ötən ilin ilk 7 ayında AÇG yatağından 4,16 milyard dollar, “Şahdəniz” yatağından 1,14 milyard dollar gəlir əldə edilmişdi. Bu il AÇG üzrə gəlirlər 552 milyon dollar, “Şahdəniz” üzrə gəlirlər isə 775,5 milyon dollar azalıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...

İqlesiasın konsert biletləri təəccübləndirdi - 5170 manatdan başlayır

Tanınmış ispan müğənnisi Enrike İqlesias Misirdə "Rixos" otelinin açılışı münasibətilə konsert proqrammı ilə çıxış edəcək. Sfera.az xəbər verir k...

Ədalət simvolu olan 2 bürc: Haqsızlığa susmurlar

Bəzi insanlar üçün həyatın ayrılmaz prinsipi ədalətdir. Astrologiya mütəxəssisləri haqsızlıq qarşısında susmayan, həqiqəti müdafiə etməkdən çəkinməyən və ədalət...

Azərbaycan Liqasında ilk finalçı BƏLLİ OLDU

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.   Sfera.az xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb. ...