Azərbaycanda hava şəraitinə müdaxilə sistemi yaradıla bilər

Azərbaycanda hava şəraitinə müdaxilə sistemi yaradıla bilər

Azərbaycanda kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması istiqamətində iş aparılacaq.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə qeyd edilib.

Sənəddə bildirilir ki, dünya təcrübəsində hava şəraitinə dolu yağmasına görə baş verə biləcək fəsadların qarşısının alınması və ya azaldılması, müvafiq ərazidə kənd, meşə və kommunal təsərrüfatların maraqlarına uyğun olaraq yağıntıların çoxaldılması və ya azaldılması və s. səbəblərə görə müdaxilə edilir. Ölkənin ehtiyaclarını nəzərə alaraq, kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması istiqamətində iş aparılacaq.

Sənəddə bildirilir ki, iqlim dəyişmələri, Yer kürəsində orta illik temperaturun tədricən artması (2080- ci il üçün qlobal səviyyədə orta illik temperaturun 4 dərəcə C artması gözlənilir) gözlənilir. İqlim dəyişmələrinin təsiri ilə yağıntıların azalması nəticəsində
əkin və otarma dövrlərində kəskin rütubət çatışmazlığı müşahidə oluna bilər.

Rəsmi statistikaya əsasən, Azərbaycanda bitkiçilik məhsullarının 80 faizdən çoxu suvarılan
torpaqlarda istehsal olunur. Bu baxımdan iqlim dəyişmələrinin təsiri ilə su resurslarının azalması kənd təsərrüfatını ciddi təzyiqlə üzləşdirə bilər. İqlim dəyişmələrinin kənd təsərrüfatına vurduğu zərərin təsirinin azaldılması və kənd təsərrüfatının iqlim dəyişikliklərinə maksimum uyğunlaşdırılması üçün əkin və otlaq ərazilərində səmərəli idarəetmənin təşkili ilə bağlı fəaliyyətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Bu məqsədlə iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq və "iqliməsaslı ağıllı kənd təsərrüfatı" təşviq ediləcək.

Ölkədə aqrar sahənin dayanıqlı inkişafı baxımından "iqliməsaslı ağıllı kənd təsərrüfatı" prinsiplərinin tətbiqi stimullaşdırılacaq.

Tələb edilən investisiya prioritet çərçivəsində tədbirlərin əhatə dairəsini nəzərə alaraq, təxminən 7 milyon manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır.

Prioritet çərçivəsində əsas risklərə iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi sahəsində yetərincə yüksəkixtisaslı kadrların olmaması, aqrometeoroloji məlumat bazasının, hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin maliyyələşməsi üçün vəsaitin ayrılmaması daxildir.


OXŞAR XƏBƏRLƏR

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bu il sona çatacağına ümid etdiyini bildirib. Sfera.az xəbər verir ki, o, Kiyevdə keçirilən “Ukraynay...