Türkiyəyə idxal çətinləşir - Limit beş dəfə azaldıldı

İqtisadiyyat
14:56 / 06.08.2024
3224
Türkiyə hökuməti fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən mallara tətbiq olunan güzəştləri ağırlaşdırıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəl hər bir fiziki şəxs ay ərzində 150 avro (164 dollar) dəyərində malı gömrük rüsumu və idxal vergisi ödəmədən ölkəyə gətirə bilərdi. Yen qərarla güzəşt limiti 30 avroya endirilib.
Bu qərar 15 gündən sonra qüvvəyə minəcək.
Müqayisə üçün bildirək ki, Azərbaycanda fiziki şəxslər üçün idxal mallarına güzəşt limiti 300 dollardır.
Vasif