Yatmazdan əvvəl qidalanma bu orqanı zədələyir - Həkimdən XƏBƏRDARLIQ!

Yatmazdan əvvəl qidalanma bu orqanı zədələyir - Həkimdən XƏBƏRDARLIQ!

Yatmazdan əvvəl qidalanmaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq və hepatoloq Lyudmila Sosnina “Qazeta.ru”ya açıqlamasında bildirib.

 

Sosninanın sözlərinə görə, yemək mədədə iki-üç saat qalır. Bundan sonra qida maye halında kiçik bağırsağa keçir və burada qida maddələri sorulur. Həkim bildirib ki, böyük miqdarda protein və yağı olan qidaların həzm prosesi daha uzun müddət davam edir. Sosnina qeyd edib ki, yatmazdan əvvəl böyük miqdarda yemək yedikdə orqanizdə arzuolunmaz proseslər baş verir:

 

“Bu halda beyinin funksiyası və immuniteti pisləşə, hormon balansı pozula bilər. Beyin yuxu zamanı enerjisini gün ərzində alınan məlumatları emal etmək, sinir əlaqələrini gücləndirmək və stress səviyyələrini azaltmağa sərf edir. Yatmazdan əvvəl böyük miqdarda qida qəbul edildikdə beyin enerjisini qidanı həzm etməyə yönəldir. Bundan əlavə, gecələr tüpürcək fermentlərinin və mədə şirəsinin fəaliyyəti azaldığından yuxu zamanı normal həzm və qida maddələrinin düzgün mənimsənilməsi baş vermir. Buna görə də şəkərli diabet, ürək-damar xəstəlikləri, qidalanma pozğunluqları, mədə-bağırsaq traktının xroniki xəstəlikləri olan şəxslərdə yatmazdan öndə qidalanmadan sonra sağlamlıq vəziyyəti bir qədər də pisləşir".

 

Həkim bütün riskləri nəzərə alaraq, yatmazdan ən azı iki-üç saat əvvəl qidalanmağı tövsiyə edir. Aclıq hissi çox güclü olduqda isə tez həzm olunan, azproteinli qidaları qəbul etməyin məqsədəuyğun olduğunu bildirilib.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...

İqlesiasın konsert biletləri təəccübləndirdi - 5170 manatdan başlayır

Tanınmış ispan müğənnisi Enrike İqlesias Misirdə "Rixos" otelinin açılışı münasibətilə konsert proqrammı ilə çıxış edəcək. Sfera.az xəbər verir k...

Ədalət simvolu olan 2 bürc: Haqsızlığa susmurlar

Bəzi insanlar üçün həyatın ayrılmaz prinsipi ədalətdir. Astrologiya mütəxəssisləri haqsızlıq qarşısında susmayan, həqiqəti müdafiə etməkdən çəkinməyən və ədalət...

Azərbaycan Liqasında ilk finalçı BƏLLİ OLDU

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.   Sfera.az xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb. ...