Asim Xudiyev UEFA-dan TƏYİNAT ALDI

Asim Xudiyev UEFA-dan TƏYİNAT ALDI

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

 

Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.

 

Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.

 

Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR