Gənc nəsil dövlətimizin dayaq nöqtələrindən biridir

Gənc nəsil dövlətimizin dayaq nöqtələrindən biridir

Qloballaşan dünyanın əsas mövzularından biri də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu istiqamətdə digər ölkələrdə olduğu kimi, ölkəmizdə də müəyyən tədbirlər görülür. Ümumiyyətlə, gənc nəsil dövlətimizin dayaq nöqtələrindən biridir desək, yanılmarıq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sabiq üzvü Ceyhun Məmmədov deyib ki, gənclərin vətənpərvər ruhda yetişməsi üçün davamlı təbliğat və maarifləndirmə çox önəmlidir. Onun sözlərinə görə, burada ailələrimizin, məktəblərimizin və ali təhsil müəssisələrimizin üzərinə böyük vəzifə düşür:

 

“Zaman-zaman digər dövlətlərin, xalqların nümayəndələri ilə görüşəndə bizim böyük qəhrəmanlıq nümayiş etdirdiyimizi, 30 il dayanmadan torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığımızı deyirlər. Bu nəyin sayəsində oldu? Bu, davamlı təbliğatın, həyata keçirilən işlərin nəticəsində oldu. Ona görə də həmişə qeyd etdiyimiz kimi, dövlətləri güclü edən onun dəyərləri, birliyi, həmrəyliyidir. Bu mənada bizim zəngin ənənələrimiz, tariximiz var. Biz əgər güclü olmaq istəyiriksə, tariximizi yaxşı öyrənməli, dəyərlərimizi təbliğ etməliyik”.

 

C.Məmmədov bildirib ki, cəmiyyətlər hamı bir-birinə bərabər yanaşdığı zaman güclü olur:

 

“Bu gün bizim dünyamızda ciddi proseslər gedir. Bu, bəzən “qloballaşma” adlanır. Bu gün də qloballaşma bizim həyat tərzimizə keçib. Bunu bütün sahələrdə görürük. Dünyəvi proseslərdən sığortalanmaq üçün isə bildirdiyimiz kimi, davamlı təbliğat getməlidir. Ailələrdə bu dəyərlər qorunmalıdır, məktəblərdə, ali təhsil müəssisələrində qorunmalıdır. Bu, davamlı olaraq insanların zehnində saxlanılmalıdır ki, bizim güclü olmağımız, inkişafımız bilavasitə bundan asılıdır. Əslində o dövrdə bizim həmrəy olmağımız Qarabağ zəfərini də təmin etdi. Əgər biz yenidən güclü olmaq istəyiriksə, birliyimizi qorumaq istəyiriksə, bu istiqamətdə fəaliyyətimiz davamlı olmalıdır. Biz o tarixi də unutmamalıyıq. Bu gün yeni bir mərhələyə qədəm qoymuşuq. Keçmişi unutmamaq, amma gələcəyə baxmağı da bacarmaq lazımdır. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri dəyərlərimizi, birliyimizi, həmrəyliyimizi qorumaq və gücləndirməkdir. Bu məqsədlə yeni filmlərin çəkilməsi, musiqilərin yazılması və yeni əsərlərin ərsəyə gətirilməsi xüsusi əhəmiyyət daşıyır”.

 

Türkan

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...