Ana bətnindəki uşaq dad və qoxunu ayırd edə bilir – ARAŞDIRMA

Ana bətnindəki uşaq dad və qoxunu ayırd edə bilir – ARAŞDIRMA

Ana bətnindəki uşağın dad və qoxunu ayırd etdiyi aşkar olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Durham Universitetinin tədqiqatçıları araşdırma aparıblar.

 

Tədqiqatçılar hamilə qadınlara əvvəlcə kök, sonra isə kələm veriblər. Analar isə bu qidaları yeyərkən 4D ultrasəs müayinəsi vasitəsilə körpələrin reaksiyaları izlənilib. Kök aromasına məruz qalan körpələr daha çox gülüş, kələm aromasına məruz qalanlar isə ağlama reaksiyaları veriblər.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR