Şaxta baba, Qar qız olmaq istəyənlərin NƏZƏRİNƏ

Şaxta baba, Qar qız olmaq istəyənlərin NƏZƏRİNƏ

Bayram günlərində Bakıda Şaxta baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlər üçün artıq müraciətlərin qəbuluna başlanılıb.


 Sfera.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, departamentə indiyə qədər 6 müraciət daxil olub.

Ə.Bağırovun sözlərinə görə, Şaxta baba və Qar qız olmaq istəyənlər üçün icazənin verilməsinə dekabrın 20-dən sonra başlanılacaq. İcazə alan şəxslər elə həmin tarixdən fəaliyyət göstərə biləcəklər.

Departament rəsmisi əlavə edib ki, Şaxta baba, Qar qız və fotoqraflar Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödəməlidirlər:

"Lakin son vaxtlar fotoqraf kimi işləmək üçün demək olar ki, müraciətlər daxil olmur. Çünki indi hər kəsin telefonu olduğundan, şəkli özləri çəkirlər. Son illərdə Şaxta baba, Qar qız olmaq istəyənlərin də sayı azalıb".

Ə.Bağırov bildirib ki, İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta baba, Qar qız fəaliyyəti ilə qanunsuz məşğul olanlar 80 manat məbləğində cərimələnə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...