Bu ölkədə turistlər yerli sakinlərin həyatını kabusa çevirib

Bu ölkədə turistlər yerli sakinlərin həyatını kabusa çevirib

İspaniyanın kurort bölgəsi olan Valensiyada sakinlər il boyu turistlərin çoxluğundan şikayət edir, əziyyət çəkdiklərini bildirirlər. Əvvəllər tətil mövsümü ildə bir neçə ay davam edirdi, qalan vaxtlarda yerli sakinlər öz normal həyatlarını yaşayırdılar. İndi isə ziyarətçilərin çoxluğuna görə əhali dincliyini itirib. Adicə, gəzintiyə belə çıxa bilmirlər, çünki onları velosiped sürən sərxoş şəxs vura bilər.

Sfera.az bildirir ki, İspaniyanın kurort şəhərlərindəki turizm rayonları tədricən sırf işçilərin yaşadığı sənayə bölgələrinə çatıb. İnsanlar turistlərin onların normal həyat sürməsinə mane olmasından narazıdırlar.


Jurnalistlər iyunun əvvəlində bir sosial media istifadəçisinin açdığı müzakirəyə diqqət çəkib. Əsas problem ondan ibarətdir ki, əvvəllər mövsüm bir neçə ay davam edirdisə, indi tam bir il davam edir. Ziyarətçiləri məmnun etmək üçün ərzaq və digər faydalı mağazalar bağlanır, onların yerinə suvenir mağazaları və fast-food müəssisələri açılır. Əhali ən çox bundan narazıdır.

Ünvanlanmış sualların birində bir nəfər yerli əhalinin turistlərə qarşı niyə bu qədər qəzəbli olduğunu ətraflı təsvir edib. O, mərkəzdə əhalinin sıx olduğunu, insanların velosiped kirayələyib, içkili halda hər yerə sürdüyünü xatırladıb. Bu arada, yeni gələnlər tədricən uzaq fəhlə bölgələrinə yayılıb. Yerli əhali bu hala hətta "metastaz" adı da verib.

Həddindən artıq çox ingiliscə danışanları, turistik ərazilərin çoxalmasını və terrasları tutan kobud sərxoşlardan hamı şikayətçidir. Vəziyyətin sənayeləşməni azaltmağa, turizmi inkişaf etdirməyə yönəlik siyasət yürüdən siyasətçilərə verilən səsvermənin nəticəsi olduğunu deyənlər də az deyil.
 

Qeyd edək ki, Valensiya İspaniyanın şərq sahilində yerləşən bir bölgədir. 2008-ci il böhranından əvvəl yerli sakinlər gəlirlərinin böyük hissəsini turizmdən alırdılar, sənaye müəssisələri isə cəmi 8,5% təşkil edirdi. 2021-ci ildə bölgənin mərkəzi şəhəri, 800 mindən çox insanın yaşadığı Valensiya, Avropa Komissiyasından "Ağıllı Turizmin Avropa Paytaxtı" olaraq mükafat da alıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...