Bu pəhriz insanı gəncləşdirir - Alimlərdən yeni ARAŞDIRMA


Bu pəhriz insanı gəncləşdirir - Alimlərdən yeni ARAŞDIRMA

İki ay ərzində vegetarian pəhrizə riayət etmək bioloji yaşı geri qaytara bilər.


Sfera.az xəbər verir ki, hüceyrələrin funksiyasının azalmasını ifadə edən bioloji yaş, xronoloji yaşdan fərqli olaraq tərsinə çevrilə bilər. Bioloji yaşı hesablamaq üçün qəti bir üsul olmasa da, alimlər DNT-dəki bəzi dəyişiklikləri araşdıraraq hüceyrələrin qocalmasını qiymətləndirirlər.
 

ABŞ-nin Stanford Universitetinin tədqiqatçıları yeni bir araşdırmada qısamüddətli vegan pəhrizin bioloji yaşa necə təsir etdiyini araşdırıblar.
 

Ət, yumurta, süd və süd məhsulları kimi heyvan mənşəli qidaların istehlak edilmədiyi bir vegan pəhriz getdikcə genişlənsə də, bu həyat tərzinin sağlamlığa təsiri ilə bağlı araşdırmalar da artır.
 

"BMC Medicine" jurnalında dərc edilən araşdırmada orta yaşları 40 olan 21 əkiz bacı 8 həftə ərzində izlənilib.
 

Bu müddət ərzində əkizlərdən biri vegan olsa da, digəri hər şeyi yeyirdi. İştirakçılar tədqiqatın ilk yarısında onlar üçün hazırlanmış yeməkləri istehlak ediblər və son 4 həftədə öz yeməklərini hazırlayıblar.
 

Tədqiqatçılar həm qan testləri aparmaq, həm də DNT metilasiyasını ölçməklə bu pəhrizlərin təsirini təhlil ediblər.
 

DNT metilasiyası, kimyəvi dəyişiklik, DNT və ya zülallara metil qrupu kimi tanınan məlum molekul əlavə etməklə gen ifadəsini bloklamaq və ya təsir göstərmə prosesinə aiddir.
 

Tədqiqatın əvvəlində əkizlərin dəyərləri yaxın olsa da, 8 həftədən sonra vegan pəhriz saxlayanların bioloji yaşının orta hesabla 0,63 il, yəni təxminən 7,5 ay azaldığı qeyd edilib. Bəzi iştirakçılarda, demək olar ki, bir il geriləmə aşkar edilib.


Bundan əlavə, vegan pəhriz ürək, hormon, qaraciyər, iltihab və metabolik sistemlər də daxil olmaqla müxtəlif sistemlərin yaşının azalması ilə əlaqələndirilib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...