Paris-2024:Mariya Stadnikin ilk rəqibi müəyyənləşdi


Paris-2024:Mariya Stadnikin ilk rəqibi müəyyənləşdi

Paris-2024 Yay Olimpiya Oyunlarında güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.


Sfera.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub. Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq.


Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla yarışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.


6 avqust


Yunan-Roma güləşi


77 kq


Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)


Qadın güləşi


50 kq
 

Mariya Stadnik - Anastasiya Blavyas (Almaniya)
 

Qeyd edək ki, olimpiadada güləş yarışlarının ilk günündə yunan-Roma güləşində Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (120 kq) döşək üzərinə çıxıb. Murad ilk görüşdə uduzsa da, Sabah yarımfinala yüksəlib.

 

 


OXŞAR XƏBƏRLƏR