Uşaqların öldürülməsindən sonra iğtişaşlar: Miqrantlara qarşı kütləvi etirazlar başladı


Uşaqların öldürülməsindən sonra iğtişaşlar: Miqrantlara qarşı kütləvi etirazlar başladı

Böyük Britaniyanın Sautport şəhərində amerikalı müğənni Teylor Sviftin əsəri əsasında təşkil olunmuş rəqs ustad dərsində üç uşağın öldürülməsindən sonra etirazlar başlayıb.


Sfera.az xəbər verir ki, etirazlar bütün ölkədə şiddətli nümayişlərə çevrilib. Böyük Britaniyanın bir çox şəhərlərində miqrantlara qarşı kütləvi etirazlar keçirilir. Qeyd edək ki, ölkədə sonuncu dəfə 2011-ci ildə iğtişaşlar olmuşdu.



Onu da qeyd edək ki, iğtişaşlara səbəb olan faciə iyulun 29-da “The Hart Space” icma mərkəzində baş verib. 7-11 yaşlı uşaqlar üçün rəqs tədbirinin keçirildiyi otağa bıçaqla müdaxilə edən şəxs daxil olub.


Hücum nəticəsində altı yaşlı Baby King, yeddi yaşlı Elsi Dot Stancombe və doqquz yaşlı Alice Dasilva Aguiar həlak olub. Baby və Elsie faciə günü, Alice isə ertəsi gün səhər vəfat edib. Ölənlərdən əlavə, azı səkkiz uşaq və iki böyük yaralanıb.
 

İyulun 30-da axşam Sautportda çaxnaşma başlayıb. İğtişaşlar Rusiya mətbuatının artıq saxlanılan 17 yaşlı Aksel Rudakubananın radikal müsəlman miqrant olması barədə məlumat yaymasından sonra başlayıb.




İmmiqrasiya əleyhinə olan yüzlərlə etirazçı əvvəl məscidin qarşısında polisi daşqalaq edib. Daha sonra avtomobilləri aşıraraq, yandırıb və polis idarəsi qarşısında yanğın törədiblər.


Polis şübhəlinin Kardiffdə (Uels) xristian Ruandalı valideynlərdən olduğunu desə də, nümayişçilərin etirazları Liverpul, Bristol, Hull, Belfast, Mançester, Stok-on-Trent, Bləkpulda da başlayıb. Mağzaların şüşələri sındırılıb, molotov kokteylləri atılıb, binalar yandırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edilib. Nəticədə bir neçə polis əməkdaşı yaralanıb, onlarla nümayişçi saxlanılıb.


Öz növbəsində hökumət bildirib ki, ifadə azadlığı və zorakı iğtişaşlar tamamilə fərqli şeylərdir. Buna görə də hökumət Britaniya şəhərlərinin küçələrində təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsində polisi dəstəkləyir.


Xatırladaq ki, Böyük Britaniyada sonuncu dəfə iğtişaşlar 2011-ci ildə baş vermişdi. O zaman minlərlə insan London polisinin qaradərili bir kişini güllələyib öldürməsindən sonra küçələrə çıxmışdı.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...