Bu gün Beynəlxalq İşıqfor Günüdür

Bu gün Beynəlxalq İşıqfor Günüdür

Bu gün - 5 Avqust Beynəlxalq İşıqfor Günü kimi qeyd olunur.

 

Sfera.az xəbər verir ki, bu günün tarixi 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədardır. Belə ki, həmin gün ABŞ-nin Klivlend şəhərində müasir işıqfor qurğularının ilk əcdadı meydana gəlib. O, qırmızı və yaşıl fənərlərə malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü.

 

Əslində, ilk işıqforu hələ XIX əsrdə britaniyalı Cey Nayt icad edib. Bu qurğu 1868-ci ildə Londonda parlament binası qarşısında quraşdırılıb. Lakin üç ildən sonra onun fənəri partlayıb və polis işçisini yaralayıb. Bu hadisədən sonra işıqfor demək olar ki, 50 il unudulub.

 

1910-cu ildə ilk ikirəngli fənərə malik avtomat işıqfor qurğusu hazırlanıb və patentləşdirilib. Müasir işqforlara bənzər üçrəngli qurğuları isə ilk dəfə 1920-ci ildə Detroyt və Nyu-York sakinləri görüb. Zaman keçdikcə işıqforlar Amerikanın və Avropanın bir çox şəhərlərində populyarlıq qazanıb.

 

Qeyd edək ki, 2010-cu ildə Rusiyanın Perm şəhərində işıqfora abidə də qoyulub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...