Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı evə BURAXILDI - YENİLƏNDİ

Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı evə BURAXILDI - YENİLƏNDİ

Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı evə buraxılıb.

 

Sfera.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq mərkəzdən bildirilib ki, avqustun 4-də Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı - 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar.

 

Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

 

***

 

12:20

 

Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərlənib.

 

Sfera.az xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

 

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022- ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.

 

Onlar dərhal xəstəxanaya çatdırılıb.

 

Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.


OXŞAR XƏBƏRLƏR