İdmançımız finalda!

İdmançımız finalda!

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.

 

Sfera.az xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.

 

Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.

 

Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub.

 

Beləliklə, Anna Skidan Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.

 

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR