Tramp “Rembo”ya vəzifə vermək niyyətindədir
Dünya
14:29 / 16.12.2016
1077
ABŞ-ın yeni seçilən 45-ci prezidenti Donald Tramp məşhur Hollivud ulduzuna vəzifə vermək niyyətindədir.
"Qafqazinfo” "Daily Mail”ə istinadən xəbər verir ki, Tramp aktyor Silvester Stalloneni İncəsənətə Dəstək Milli Fondunun rəhbəri təyin etmək qərarına gəlib.
Stallone isə Trampa heyranlığını gizlətməyib və onunla bir komandada işləməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Silvester Stallone "Rokki", "Rembo", "Qarşısıalınmazlar" kimi məşhur filmlərdə baş rollarda çıxış edib.

