Oleq Bakinskinin buna görə həbs edilib - TƏFƏRRÜAT

Oleq Bakinskinin buna görə həbs edilib - TƏFƏRRÜAT

Tanınmış ukraynalı milyarder, kriminal avtoritet Oleq Krapivinin (Oleq Bakinski) həbsinin təfərrüatı məlum olub.

 

Sfera.az xəbər verir ki, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.

 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.

 

Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.

 

Oleq Bakinskinin əməli sübuta yetirilərsə, maddənin sanksiyasına görə, o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.0...

Tailand və Kamboca atəşkəs əldə edib

Tailand və Kamboca dərhal atəşkəs barədə razılığa gəliblər.   Sfera.az TASS-a istinadən xəbərinə verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İb...