Qadın yazıçı güllələndi-VİDEO
Dünya
13:30 / 16.12.2016
1083
Türkiyədə "Mələklərlə yaşamaq” kitabının müəllifi Beki İkala Erikli ofisinin qarşısında güllələnib.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə 19.00-da Bəyoğlunda baş verib. 3 güllə yarası alan Beki yerindəcə dünyasını dəyişib. Şübhəli qadın isə hadisə yerindən qaça bilib.
Polis cinayətkarı tapmaq üçün təhlükəsizlik kameralarına düşən görüntüləri araşdırmağa başlayıb.
Yazıçının ölümündən qısa müddət əvvəl sosial şəbəkədə etdiyi paylaşımda diqqət çəkib. O, "Zaman ən dəyərli xəzinənizdir. Zamanı satın ala bilməzsiniz. Vaxtınız çatdıqda bir dəqiqə belə ala bilməyəcəksiniz” sözlərini yazıb.