Azərbaycanın çox yüksək yanğın təhlükəsi olan bölgələri -SİYAHI


Azərbaycanın çox yüksək yanğın təhlükəsi olan bölgələri -SİYAHI

Avqustun 2-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

 

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Tovuzda kiçik, Gəncə, Şəmkir, Tərtər, Ağdamda orta, Ağstafa, Naftalan isə çox yüksək yanğın təhlükəsi növündədir.

 

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Sarıbaş, Zaqatala, Qəbələ, Oğuz, Balakəndə kiçik yanğın təhlükəsi növünə aid edilib.

 

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Xızı, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

 

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növündədir.

 

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerikdə kiçik, Yardımlı, Astara, Lənkəranda isə orta yanğın təhlükəsi növünə aid edilib.

 

Qeyd edək ki, avqustun 3-də əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə edilir.


OXŞAR XƏBƏRLƏR

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...