“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi


“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

"Azərbaycan mənim ürəyim və canımdır. Azərbaycanın kino gününü ürəkdən təbrik edirəm. Təbii ki, Azərbaycan kinosuna xidmət edən sənətkarları da təbrik etmək istəyirəm. Yaşasın Azərbaycan kinosu. Bu iki ölkənin kino sektorunu bir-birindən fərqləndirə bilmirəm. Çünki ikisi də mənim üçün çox doğma və önəmlidir".

 

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.



"Azərbaycanda oynamaq istədiyim bir rol var. Bu tarixi bir obrazdır. Azərbaycanın tarixini, onun qədimiliyini göstərən, təbliğ edən bir serial və filmdə rol almaq istərdim. Hətta bir müddət əvvəl "Xocalı" qətliamı ilə bağlı layihə var idi. O məni çox həyəcanlandırmışdı. Belə rol təklifi gələrsə sevərək oynayaram. Çünki mən dramatik rolların aktrisasıyam. Mənim işim dramdır", - deyə o bildirib.



Tanınmış aktrisa sayt vasitəsilə bu gün doğum gününü qeyd edən xalq artisti Fəxrəddin Manafovu da təbrik edib.



"Fəxrəddin Manafov əsl kino adamıdır. Görün sənətini, işini o qədər çox sevir ki, kino günündə dünyaya gəlib. O mənim köhnə dostumdur. Təbrik edirəm, can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm. İllər sonra Fəxrəddinlə Ankarada Rasim Ocaqovun 90 illik yubiley tədbirində bir araya gəldik. Köhnə dostların görüşməsi möhtəşəm oldu. Kəlimələr izahsızdır. Bu görüşdə "Təhminə" filminin ikinci rejissoru Zəfər bəy də iştirak edirdi. Hər şey çox gözəl idi. Gözəl gün keçirdik. "Təhminə" filmindən, gözəl, unudulmayan illərdən danışdıq. Rasim Ocaqovu yad etdik. Həqiqətən də çox qürurluyam ki, onun lentə aldığı filmdə çəkilmişəm. Fəxrəddinlə yenidən bir filmdə çəkilmək istərdim. Mən öz yerimə danışıram. İnanıram ki, Fəxrəddin də belə düşünür. İnşallah qismət olar", - deyə sənətçi deyib.


OXŞAR XƏBƏRLƏR

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...