29 aptekdə yoxlama - Nöqsanlar aşkarlandı

Cəmiyyət
18:30 / 02.08.2024
3313
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə ümumilikdə 29 aptekdə yoxlama aparıb.
Bu barədə Sfera.az-a AEM-dən məlumat verilib.
Bildirilib ki, 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.
"Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib", - deyə məlumatda qeyd edilib.