Qəhvə bu təhlükəli xəstəliyi MƏHV EDİR - ARAŞDIRMA
Sağlıq
16:14 / 02.08.2024
3698
Qəhvə bağırsaq xərçəngini məhv edir. Yeni araşdırmaya görə, qəhvə içənlərin bağırsaqlarında xərçəng şişlərinin böyümə riski daha azdır.
Sfera.az xəbər verir ki, Hollandiyada 1719 nəfər üzərində aparılan tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, gündə ən azı iki fincan qəhvə içən xəstələrdə xərçəngin inkişaf etmə ehtimalı azalır.
Həmçinin gündə bir neçə fincan qəhvə içmək erkən ölüm riskini də azaldır. Bu gün bağırsaq xərçəngi xəstələrinin 30 faizində müalicədən sonra xəstəlik yenidən geri qayıdır.
Bu o deməkdir ki, Hollandiyadakı son araşdırmalar təsdiqlənərsə, qəhvə gələcəkdə bəzi xərçəng xəstələrinin həyatını dəyişdirən dərman kimi istifadə olunacaq.
Ülkər Abdurahmanlı