Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi KEÇİRİLİR

Siyasət
15:52 / 02.08.2024
2688
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib.
Sfera.az-ın report-a istinadən məlumatına görə, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.
C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.