Paris-2024: "Azərbaycan cüdoçusu qələbə qazanıb"

Paris-2024: "Azərbaycan cüdoçusu qələbə qazanıb"

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Sfera.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.

 

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR