Mikayıl Cabbarov "Yüksəliş"in qaliblərini TƏBRİK ETDİ
İqtisadiyyat
10:52 / 02.08.2024
4805
IV "Yüksəliş" müsabiqəsində İqtisadiyyat Nazirliyindən olan həmkarların qalib olması üçün qürurvericidir.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Sahibkarlığın İnkişafı Fondundan İsmayıl Hüseynova, Dövlət Vergi Xidmətindən Nicat Qocayevə, İqtisadi Zonaların İnkişafı Agentliyindən Əkbər Əsgərova və digər qaliblərə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq”, - deyə nazir qeyd edib.