Sertifikatlaşdırma ilə bağlı edilən müraciətlərin ilkin nəticələri elan olundu

Sertifikatlaşdırma ilə bağlı edilən müraciətlərin ilkin nəticələri elan olundu

Sertifikatlaşdırma prosesi ilə bağlı yaradılan komissiyalara daxil olmuş müraciətlərin ilkin nəticələri elan olunub.

 

Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalara bu günə qədər ümumilikdə 3700-dən çox vətəndaş müraciət edib. Vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb.

 

Ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib. İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.

 

Bununla yanaşı, 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.

 

Təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədi ilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı AÇIQLANDI

İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçir...

Azərbaycan Rusiya ilə “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzaladı - FOTO

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imz...

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırdı

Qırğızıstan Prezidenti Sadır Japarov Avropa Parlamentinin deputatlarını ölkənin işlərinə qarışmamağa və orada baş verən hadisələri obyektiv qiymətləndirməyə çağ...

Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT

COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan ...