Putin: "Qızlarımla fəxr edirəm" (VİDEO)
Cəmiyyət
20:56 / 18.12.2015
869
Rusiya prezidenti Vladimir Putin qızlarından danışıb.
BAKU.WS-in məlumatına görə, jurnalistlərin suallarını cavablandırdığı ənənəvi il sonu mətbuat konfransında danışan Putin qızlarıyla əlaqədar sualları cavablanıdırb:
"Ailəmlə əlaqədar suallara ümumiyyətlə cavab vermirəm. Qızlarım siyasətlə və ticarətlə məşğul olmurlar. Heç bir işə qarışmırlar".
Qızlarının Rusiyadan kənarda yaşadıqları iddiasına da cavablandıran Putin, qızlarının Rusiyada yaşadıqlarını söyləyib: "Qızlarım ölkə xaricində uzun müddət qalmayıblar. Təhsillərini də Rusiya universitetlərində alıblar. Qızlarımla fəxr edirəm. Oxumağa davam edirlər və eyni zamanda çalışırlar", - deyə V.Putin söyləyib.