İtkin düşən neftçilərin batmazdan əvvəl ailələri ilə telefon danışığı - VİDEO
Cəmiyyət
12:23 / 16.12.2016
3037
Bu gün saat 5 radələrində "Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənində baş verən faciədə 10 nəfər itkin düşüb. Günorta saatlarında onlardan operator İlham Qafarovun meyiti tapılıb.
BiG.AZ xəbər verir ki, digər 9 nəfər isə hələ də itkindir. İtkin düşən neftçilərdən Güloğlan Zülfüqarov Azay Zülfüqarov, Qorxmaz Rüstəmov və meyiti tapılan İlham Qafarovun ailə üzvləri onlarla hadisə baş verməzdən bir neçə saat öncə əlaqə saxladıqlarını bildiriblər.
Qeyd edək ki, itkin düşən neftçilərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopter və gəmiləri, SOCAR eləcə də, " Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri səfərbər edilib.
Daha ətraflı videodan izləyin: