Paris-2024: Tennis üzrə dünya birincisi finala yüksələ bilmədi

Paris-2024: Tennis üzrə dünya birincisi finala yüksələ bilmədi

Polşalı tennisçi İqa Şvyontek Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində məğlub olub.

 

Sfera.az xəbər verir ki, dünya reytinqində birinci pillədə qərarlaşan idmançı yarımfinalda çinli Çjen Sin Venə uduzub - 0:2 (2:6, 5:7).

 

Digər yarımfinal görüşündə slovakiyalı Anna Şmidlova ilə xorvatiyalı Donna Vekiç üz-üzə gələcəklər.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR