Maliyyə Nazirliyi bu il 3 milyon manatdan çox artıq və əsassız ödəniş AŞKAR ETDİ

Maliyyə Nazirliyi bu il 3 milyon manatdan çox artıq və əsassız ödəniş AŞKAR ETDİ

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 48 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 3 milyon 102 min manat artıq və əsassız ödənişlər aşkar edib.

 

Sfera.az bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, yanvar-iyun aylarında Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1 milyon 990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

 

İş planına əsasən isə, Dövlət Xidməti 21 təşkilatda apardığı yoxlamalarla 1 milyon 106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib və bu məbləği təqsirkar şəxslərin tərəfindən bərpa etməsi təmin olunub.

 

Bundan başqa, Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda göstərilənləri yoxlayıb, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...