"Neftçi" klubunda yeni TƏYİNAT OLDU

İdman
14:36 / 01.08.2024
15702
“Neftçi” Peşəkar Futbol Klubunun mətbuat katibi vəzifəsinə yeni təyinat olub.
Sfera.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni Asəf Zeynallı icra edəcək.
Qeyd edək ki, Asəf Zeynallı daha əvvəl “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri olub.