16-cı mərtəbədən yıxıldı

16-cı mərtəbədən yıxıldı

Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.
 
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Dəmirçizadə  küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.
 
Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR