Yevlaxdan qaçırılan maşın Ağsuda TAPILDI

Kriminal
11:33 / 01.08.2024
8485
İyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Firuzə Əliyeva